Üç azyaşlı uşaq yoxa çıxıb.
Medianews.az xəbər verir ki, İstanbulun Sancaktəpə səmtində küçədə oynayan 7, 9 və 11 yaşlı 3 qardaşdan dünən axşam saatlarından etibarən heç bir xəbər yoxdur.
İtkin düşən 3 qardaşı tapmaq üçün qruplar səfərbər edilib.
İtkin düşən üç bacı-qardaşın itmədən əvvəl küçəyə qaçdığı anlar təhlükəsizlik kamerasına düşüb.
Medianews.az