Adanada polisin “saxla” xəbərdarlığına tabe olmayan və qaçan avtomobilin sürücüsü 15 kilometrlik yolu qaçdıqdan sonra saxlanılıb. Tutulan sürücünün sürücülük vəsiqəsi olmadığı üçün qaçdığı müəyyən edilib.
Medianews.az bildirir ki, alınan məlumata görə, polis qrupları Seyhan rayonu Atatürk küçəsində şübhələndikləri 06 BKY 202 dövlət nömrə nişanlı avtomobilə “saxla” xəbərdarlığı ediblər. Avtomobilin sürücüsü E.E, polisin xəbərdarlığına məhəl qoymayaraq qaçmağa başlayıb.
Turhan Camal Beriker bulvarına çıxan sürücü, arxasınca gələn polisin xəbərdarlığına baxmayaraq, yol hərəkəti qaydalarına məhəl qoymayaraq qaçmağa davam edib. Sürücü E.E, rayonunun arxa küçələrinə girərək gizlənmək istəyərkən saxlanılıb.
Saxlanılan sürücünün sürücülük vəsiqəsi olmadığı üçün qaçdığı müəyyən edilib.
Medianews.az