Bazar, 10 Dekabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Əli bəyin pasportu

Zamin Hacı
04/10/2023 11:27
255
BAXIŞ
FacebookTwitterTelegram

Gədəbəydəki qızıl yatağı üzrə ekoloji araşdırma bugünlərdə yekunlaşdı, kəndlilər daha evlərində rahat yata bilər. Deyir gölün suyu zəhərli olmağına zəhərlidir, lakin içməsən heç zad olmaz.

Mükəmməl rəydir. Doğrudan da, evimizə verilən elektrik də adamı öldürür – əlini vursan. Qazı açıq qoysan, adamı boğar. Ya da partlayar. Hətta şair demişkən, artıq içiləndə su belə dərd verir.

İnsafən, qızıl zavodunu işlədən əslən iranlı amerikalı (bizim amerikalımızın da iranlı çıxması Azərbaycanın necə geopolitik məkan olmasının növbəti isbatıdır; Xankəndi ermənilərinin rusiyalı çıxması kimi) brifinqdə üzrxahlıq elədi, gölə axıdılan sianidin əslində zərərli olduğunu kəndlilərə başa salmadıqlarını söylədi. Bu, vacib üzrxahlıqdır. İnşallah, indən belə Söyüdlü camaatı o göldə çimməz, suyundan içməz, paltar yumaz, içində qaz-ördək saxlamaz və sairə.

Yuxarıda yazdığım təhlükəli maddələrlə bağlı vaxtaşırı dövlət xəbərdarlığı alırıq. Qaz idarəsi gəlir, dəftər açır, təhlükəsizlik qaydalarına qol çəkdirir. Su idarəsi haçan su kəsiləcək, məlumat verir, deşiklərə paz çalırlar, evdə olmayan sakinlərə kefləri istəyən qədər ödəniş yazırlar. Elektrik də məlum məsələdir, biz uşaq olanda hər yerdə tok vurmuş skelet kəlləsi (bəlkə də kəllə skeleti – hər iki variantı saxlayıram, ana dilindən testə hazırlaşanlar üçün) şəkilləri olardı. Şəxsən mən bu kəllə şəklinə görə fizikanın elektrik bölməsinə nifrət eləyirdim. Uşaqlıq travmasıydı. SSRİ elə ona görə dağıldı.

Sözümün canı odur ki, hər işdə dövlətçilik fəlsəfəsi, vətəndaşların məlumatlandırılması vacibdir. Bax, elə bugünlərdə xəbər aldıq, deyir Binəqədinin bəzi əraziləri Sumqayıta veriləcəkdir. Çox yaxşı, yerində verilmiş qərardır. Alqışlayırıq. Təklif edirəm “20 Yanvar” metrosunu da Sumqayıta versinlər, nəticədə camaat əziyyət çəkməsin. Metrodan çıxan kimi, Sumqayıtda olursan – bundan gözəl, tədbirli qərar varmı? Yoxsa indi “20 Yanvar”ın üstü dəlixanadır, Sumqayıta aparan manatlıq taksilər az qalır xalqı ayaqlasın, basabas, tıxac, səs-küy, ekstremizm, separatizm, fanatizm… Tək Sumqayıt məsələsi deyil, o metronun bəzi başqa çıxışlarından da rayonlara daimi marşrutlar vardır. Adamı tutub rayonlara aparırlar. Bir dəfə məni Biləsuvara aparırdılar, Ələtdə düşüb qaçdım. Yalandan demişdim ki, Ələt iqtisadi zonasına baxım, bu dəqiqə gəlirəm. AXC-Müsavat dövrü çox ağır günlər idi, ehh… “20 Yanvar”ın başqa çıxışları da Biləsuvar, Lənkəran, Astara rayonlarına verilə bilər.

Əlbəttə, bu sözümün əsl canı deyildi, sadəcə, əhaliyə zəruri xəbərdarlıq edirdim ki, metrolardan çıxanda ehtiyatlı olsunlar, sianidli göllərdə çimməsinlər, mərc oyunları oynamasınlar, patı almasınlar, məktəbli dönəri yeməsinlər.

Bir də bu müxalifətin – Milli Şura, AXCP və Müsavatın reinteqrasiyası üçün dövlət proqramları hazırlanması, düşünürəm ki, vacibdir. Əli Kərimliyə nəhayət pasport verilsin. Ya da onu Xankəndiyə köçürdək, orada pasport verilsin. Humanizmdən hamı yararlansın, xeyir vətənə qalsın. Yoxsa haçana qədər İç Oğuz Dış Oğuza yağı düşəcək, Alp Aruz Qazan xana asi olacaqdır, bundan yararlanan Şöklü Məlik obamızı yağmalayacaqdır? Lazım deyil. Məncə, bu haqda fikirləşməliyik. Ən azı hissə-hissə, növbəli şəkildə reinteqrasiya olsun. Məsələn, ilkin mərhələdə AXCP reinteqrasiya edilə bilər. Müsavat onsuz inteqrasiyaya yaxın görünür.

Əlbəttə, ağrılı olacaqdır, 30 illik düşmənçilik tarixi var. Lakin dövlətimiz güclüdür, hazırda istənilən problemi həll etməyə qadirdir. Gəlin bu fürsətdən yararlanaq, səmərəli istifadə edək.

İndi söz əlaqədar təşkilatlarındır.

DAHA ÇOX OXU

Dünya

ŞOK TOY GÖRÜNTÜLƏRİ! Bəy 4 qadınla eyni anda evləndi… – VİDEO

10/12/2023 15:16
Flash

7 qat dünya çempionu mükafatını Bakıda qoyub getdi – FOTOLAR

10/12/2023 14:55
Cəmiyyət

DİQQƏT! Havada çirklənmə var: Zəhərli hava 500 mindən çox insanın ölümünə səbəb oldu

10/12/2023 14:47
Cəmiyyət

Vətən müharibəsinin qazisi məktəbdə XADİMƏ “vəzifə”sinə təyin olunub – Təhqiramiz münasibət

10/12/2023 14:39
Cəmiyyət

Maştağaya çəkilən yarımçıq asfalt yolu gülüş doğurdu- FOTOLAR

10/12/2023 14:23
Cəmiyyət

Bu mobil xidmətlər pullarınızı SAKİTCƏ SİLİR – XƏBƏRDARLIQ

10/12/2023 14:06

Xəbər lenti

ŞOK TOY GÖRÜNTÜLƏRİ! Bəy 4 qadınla eyni anda evləndi… – VİDEO

10/12/2023 15:16

Röya Ayxan çəkilişdə yıxıldı – ANBAAN VİDEO

10/12/2023 15:05

7 qat dünya çempionu mükafatını Bakıda qoyub getdi – FOTOLAR

10/12/2023 14:55

DİQQƏT! Havada çirklənmə var: Zəhərli hava 500 mindən çox insanın ölümünə səbəb oldu

10/12/2023 14:47

Vətən müharibəsinin qazisi məktəbdə XADİMƏ “vəzifə”sinə təyin olunub – Təhqiramiz münasibət

10/12/2023 14:39

Səhv etdim, baş nazir olan kimi deməliydim ki, Qarabağ… – PAŞİNYANDAN QARABAĞLA BAĞLI AÇIQLAMA

10/12/2023 14:33

Maştağaya çəkilən yarımçıq asfalt yolu gülüş doğurdu- FOTOLAR

10/12/2023 14:23

İlham Əliyev Serbiyada açılış mərasimində – FOTO, VİDEO + YENİLƏNİB

10/12/2023 14:14

Bu mobil xidmətlər pullarınızı SAKİTCƏ SİLİR – XƏBƏRDARLIQ

10/12/2023 14:06

YENİ PRAQNOZ: İlin sonunda iki bürcü riskli günlər gözləyir – Başına bəlalar gələcək

10/12/2023 14:00

DƏHŞƏT! Radioaktiv pişiklər peyda oldu – FOTO

10/12/2023 13:52

Kim bu ideyanı daşımırsa, ərizəsini yazsın, PARTİYADAN GETSİN – Paşinyan

10/12/2023 13:44

Alimlər: Siqaret və qəhvə artritin inkişafı riskini artırır

10/12/2023 13:39

ŞOK! Misir Mərdanov və Mirşahinə qarşı SUİ-QƏSD HAZIRLANIB – Məhkəmə başlayır, ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

10/12/2023 13:35

Psixoloqdan QALMAQALLI SÖZLƏR: “Hər qız evinin xanımı olmaq, evində çılpaq gəzmək istəyir..”

10/12/2023 13:29

Onun sizi sevmədiyini göstərən 8 əlamət

10/12/2023 13:27

Niyə iş tapa bilmirik? – Karyera qurmaq istəyənlərə ÖZƏL – ARAŞDIRMA

10/12/2023 13:21

“Gərgin və dalaşqan olurlar” – Texnologiya aslılığı virus qədər təhlükəlidir

10/12/2023 13:15

Ürəyi zəif olanlar bu xəbəri OXUMASIN! Dünyada kabusların həqiqətən yaşadığı 7 mistik yer AŞKAR OLUNDU – FOTOLAR

10/12/2023 13:15

Görün, siyasilər hansı smartfonlardan istifadə edir: Kimin telefonu daha “güclü”dür… – ARAŞDIRMA

10/12/2023 13:06

Dünyada İLK DƏFƏ! Tarixi razılaşma əldə edildi – 2025-ci ildə…

10/12/2023 13:02

VACİB! Ərdoğan Rəisiyə Türkiyəyə gəlməyə İCAZƏ VERMƏDİ

10/12/2023 13:00

Partnyorunuzla dalaşanda BUNLARI EDİN

10/12/2023 12:49

18 qaydanı pozan öldürülür – “Ded Xasan” və “Yaponçik”in DOĞUMU

10/12/2023 12:37

Bəzi yerlərdə yağış, Şahdağda qar yağıb

10/12/2023 12:37

Oğlu ilə gəlininin evini ayırdı – VİDEO

10/12/2023 12:32

Təşviş, bədbinlik gələn kimi nə etməli? – 10 dəqiqəlik metod

10/12/2023 12:25

Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ – FOTO

10/12/2023 12:24

Pulu hansı valyutada saxlamaq lazımdır?

10/12/2023 12:20

İbrahim Borçalı vəfat etmiş oğlu ilə son fotosunu görüb EFİRDƏ AĞLADI – VİDEO

10/12/2023 12:17

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.