Bu gün səhər Avstraliyanın şərqində balinanın qayığa çırpılması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Medianews.az bildirir ki, polisin bildirdiyinə görə, yerli vaxtla səhər saat 06:00 radələrində Sidneydən 14 kilometr cənub-şərqdə yerləşən La Perouse sahillərində iki nəfərin olduğu qayığı balina vuraraq aşırıb.
Suya düşənlərdən biri huşsuz vəziyyətdə dənizdən çıxarılıb və hadisə yerində dünyasını dəyişib. İkincisi isə xəstəxanada müalicə altına alınıb. Dəniz polisinin rəsmisi Siobhan Munro ABC dövlət televiziyasına bildirib ki, balina kiçik motorlu qayığa yaxınlaşıb və onunla toqquşmuş ola bilər.
Medianews.az