İstanbula yağan leysan yağış Qaziosmanpaşa ərazisində daha təsirli olub.
Medianews.az xəbər verir ki, bir neçə dəqiqə ərzində yağan yağışın şiddətlənməsi ilə metro stansiyasının gölə çevrilməsi və vətəndaşların yaşadığı panika saniyə-saniyə kameralara düşüb.
Qeyd edək ki, Başakşehir və Sultanqazi başda olmaqla bəzi rayonlarda sel və daşqınlar yaşanarkən, İstanbul valisi Davud Güldən vətəndaşlara əhəmiyyətli xəbərdarlıq gəlib. Vali Gül sel təhlükəsi olan ərazilərin tez bir zamanda boşaldılmasını istəyib.
Medianews.az