Hollandiyada bir evə, daha sonra Erasmus Tibb Mərkəzinə olunan silahlı hücumlar nəticəsində 3 nəfər həyatını itirib.
Medianews.az bildirir ki, polisdən verilən açıqlamada evə hücum zamanı ağır yaralanan 14 yaşlı qızın xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq xilas ola bilmədiyi və həyatını itirdiyi bildirilib.
Erasmus Tibb Mərkəzinin tələbəsi olan 32 yaşlı təcavüzkar, evə hücum zamanı həyatını itirən 14 yaşlı qızın 39 yaşlı anasını öldürdükdən sonra Erasmus Tibb Mərkəzində 46 yaşlı kişi müəllimi öldürüb.
Hücumun səbəbi hələlik məlum olmasa da, təcavüzkarın kimliyi ictimaiyyətlə paylaşılmayıb. Digər tərəfdən hücumçunun hücumları həyata keçirdiyi iki nöqtədə atəş açdığı açıqlanıb.
Medianews.az