Rusiyada sevgilisini öldürən və cəsədini ət maşını ilə məhv edən qatil Ukraynada döyüşdüyü üçün həbsdən azad edilib.
Medianews.az xəbər verir ki, hadisə ölkədə sərt reaksiyalara səbəb olub.
27 yaşlı sevgilisinin cəsədini ət maşını ilə məhv edən rusiyalı qatil Vladimir Putin tərəfindən əfv edilib və Ukraynaya qarşı müharibədə göstərdiyi performansa görə həbsdən azad edilib.
41 yaşlı Dmitri Zelenski universitet məzunu Tatyana Melexinanı əvvəlcə boğaraq, sonra isə gənc qadının cəsədini parçalayaraq öldürdüyü üçün yüksək rejimli həbsxanada idi. Yerli mənbə bildirib ki, qətlin həyata keçirilmə tərzi hətta peşəkar detektivləri də şoka salıb.
Dəhşətli qətlə görə 11 il həbs cəzası alan Dmitri Zelenski Ukraynada döyüşdüyü üçün həbsdən azad edilib.
Medianews.az