Son zamanlar çirkli pulların yuyulması və vergidən yayınma iddiaları ilə gündəmə gələn türkiyəli məşhur fenomen Dilan Polatın Instagram hesabı ələ keçirilib.
Medianews.az xəbər verir ki, dünən gecə xəstəxanaya yerləşdirilən D.Polat hesabının ondan pul qoparmaq istəyənlər tərəfindən ələ keçirildiyini deyib.
5 milyondan çox izləyicisi olan İnstaqram hesabında çılğın paylaşımları ilə gündəmdə olan Dilan Polatın həyat yoldaşının ona təyyarə alması iddiası ilə son həftələr müzakirə mövzusu idi. Təyyarəni almadıqlarını, sadəcə icarəyə götürdüklərini deyən cütlüyə qarşı çirkli pulların yuyulması və vergidən yayınma ittihamları irəli sürülüb.
Onlara qarşı irəli sürülən ittihamları qəti şəkildə rədd edən və hər cür yoxlamaya açıq olduqlarını deyən cütlükdən Dilan Polatın milyonlarla izləyicisi olan İnstaqram hesabı dünən ələ keçirilib.
Hesabı bağlanan D.Polat qısa müddət ərzində sosial mediada müzakirə mövzusu olub və həyat yoldaşı açıqlama verməkdə gecikməyib. Engin Polat xəstəxanaya yerləşdirilən həyat yoldaşının fotosunu paylaşıb.
Medianews.az