Pakistan Ədalət Hərəkatı Partiyasından hüquqşünas və hüquq eksperti Sher Afzal Marwat və Pakistan Müsəlman Birliyi-Nəvaz partiyasının senat üzvü Əfnan Ullah Xan iştirak etdikləri canlı yayımda bir-biri ilə dava ediblər.
Medianews.az xəbər verir ki, Marvat davadan sonra verdiyi açıqlamada Pakistanın keçmiş baş naziri İmran Xanı təhqir etdiyi və onu yəhudi agenti adlandırdığı üçün Xana sillə vurduğunu açıqlayıb.
Canlı yayımda bir-birinə sərt sözlər deyən şəxslər qəfil ayağa qalxaraq əlbəyaxa dava etməyə başlayıb . Bir-birinə girən ikilini studiyadakı işçilər çətinliklə ayırıb.
Medianews.az