Özbəkistanın keçmiş lideri İslam Kərimovun ölümündən sonra toxunulmazlığını itirən və mənimsəmə ittihamı ilə 10 ildir həbsdə olan qızı Gülnarə Kərimovaya qarşı ittiham aktı hazırlanıb.
Medianews.az xəbər verir ki, İsveçrədəki bəzi şirkətlər vasitəsilə yüz milyonlarla dollar rüşvət aldığı iddia edilən Kərimovanın beynəlxalq cinayət təşkilatını idarə etdiyi iddia edilib.
Gülnarə Kərimova 10 ildir ki, ölkəsində saxlanılır. İsveçrənin federal prokurorluğu Kərimovaya qarşı rüşvət almaqda və “The Office” kimi tanınan cinayət təşkilatını idarə etməkdə ittiham edilərək akt hazırlandığını açıqlayıb.
İsveçrənin federal prokurorluğu Kərimovanın Özbəkistandan milyonlarla dollar oğurladığını, dünyanın müxtəlif ölkələrində icra başçılarına və məmurlara rüşvət verdiyini iddia edib. Kərimovanın milyonlarla dollar pulu yuyan beynəlxalq cinayət təşkilatını idarə etdiyi də qeydə alınıb.
Medianews.az