Magistral yolda avtomobilinin təkəri partlayan cütlüyü avtomobildən düşdükdən sonra yük maşını vurub.
Medianews.az xəbər verir ki, Adananın Ceyhan rayonunda yaşanıb.
İddialara görə, Ceyhandan Adanaya gedən Seyfullah Bilginin idarə etdiyi avtomobilin təkəri partlayıb.
Nəqliyyat vasitəsini təhlükəsizlik zolağına çəkərək avtomobildən düşən Seyfullah Bilgin və onunla birlikdə olan həyat yoldaşı Ümran Bilgini eyni istiqamətdə hərəkət edən dövlət nömrə nişanı naməlum yük maşını vurub.
Ətrafdakı sürücülərin xəbər verməsindən sonra yaralı cütlük təcili yardımla Ceyhan Dövlət Xəstəxanasına aparılıb.
61 yaşlı Seyfullah Bilgin bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib və həyatını itirib. Həyat yoldaşı Ümran Bilginin həyatı təhlükədə olduğu üçün Adanaya göndərilib.
Medianews.az