Ötən gün Bakıda ilk elektrik mühərrikli avtobus marşrut xəttinə buraxılıb və 5 nömrəli marşrut üzrə hərəkətə başlayıb. Dünyanın aparıcı elektrik mühərrikli avtobuslar istehsalçısı olan Çinin BYD şirkətindən test məqsədilə alınan 1 ədəd elektrik avtobusu 12 metrlikdir. 33 sərnişin oturacağına malik avtobusun ümumi sərnişin tutumu 82 nəfərdir. Batareya gücü 383 kVts olan avtobus tam enerji dolumunda 350 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir. Məlumata görə, elektrik mühərrikli avtobusların hazırda normal yanacaqla işləyən marşrutlardan iki qat baha oladuğu bildirilir.
Bəs marşrut xətlərinə kütləvi elektrik mühərrikli avtobusların gətirilməsi hazırkı gedişhaqqı qiymətlərinin artırılmasına təsir edəcək?
Bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov Referans.az-a açıqlamasında bildirib ki, həmin avtobuslar dövlət hesabına gətirildiyi üçün hər hansı bir qiymət artımının olacağı güman edilmir:
“Həmin elektrik mühərrikli avtobusları dövlət öz büdcəsi hesabına alıb gətirir. Eyni zamanda onlar o qədər də çox sayda deyil. Hələ ki pilot layihədir və düşünürəm ki, uğurlu bir layihə olacaq. Hər hansı bir özəl daşıyıcı bu avtobusu alıb gətirməyib ki, hazırda ictimai nəqliyyatda qiymətlərin yüksəlməsi ilə bağlı fikirləri yaysınvə yaxud da ki, onu lobbiləşdirsin”.
Ekspert qeyd edib ki, ictimai elektrikli avtobusların buraxılması uzun zamandır ki, irəliləyən bir prosesin nəticəsidir. Onun sözlərinə görə, bunun kütləvi hal alması həm ekologiyanın təmizliyi, həm də sərnişinlərin rahatlığı üçün daha əlverişli olacaq: “İctimai nəqliyyata elektrikli avtobusıarın buraxılması Azərbaycan Respublikasında Yol Hərəkəti Təhlükəsizliyində dair dövlət proqramında təsbit olunub. Bundan əlavə Azərbaycan 2030-cu ilə qədər təmiz ətrtaf mühit və yaşıl artım ölkəsinə çevrilməli olduğu qyed olunub. Eyni zamanda bir sıra digər layihələr var ki, orda da təsbit olunub ki, ictiami nəqliyyatda istismar olunan avtobuslar ekoloji təmiz olmalıdır”.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Referans.az bildirildi ki, hələki bu barədə hər hansısa bir müzakirə getmir.