Türkiyənin İzmir şəhərində özünü tibb işçisi kimi təqdim edən qadın Suriyalı bir ailənin 3 günlük körpəsini xəstəxanadan qaçırıb.
Medianews.az xəbər verir ki, qısa müddətdə körpə ilə birlikdə tutulan qadın polisə verdiyi ifadəsi ilə hər kəsi şoka salıb.
O, təxminən 9 ay əvvəl hamilə qaldığını, həmin vaxt bətnindəki körpəsini itirdiyini bildirib. Qadın daha sonra bu vəziyyəti ərindən gizlətdiyini və körpəni bunun üçün qaçırdığını iddia edib.
Medianews.az