Silahlı şəxslər tərəfindən qaçırılan 7 gəncdən 6-nın cəsədi tapılıb
Medianews.az xəbər verir ki, hadisə Meksikada qeydə alınıb.
Dövlət Baş Prokurorluğundan verilən açıqlamada qaçırılan gənclərdən 6-nın cəsədinin Zakatekas şəhərində tapıldığı, digərinin isə ağır xəsarətlərlə xəstəxanaya aparıldığı bildirilib.
Ştat hökumətinin baş katibi Rodriqo Reyes Mugüerza açıqlamasında gənclərin yaxınlarının ifadələri əsasında istintaqın davam etdiyini qeyd edib.
Gənclərin qaçırılmasında əli olduğu ehtimal edilən 2 nəfərin saxlanıldığı və əməliyyatların davam etdirildiyi barədə məlumat paylaşılıb.
Medianews.az