İctimai-siyasi xadim, jurnalist və millət vəkili Paşayeva Qənirə Ələsgər qızı, 24 mart 1975-ci ildə Tovuz rayonu, Düz Qırıqlı kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilirdi. 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olmuşdur.
Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Bununla bərabər, Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi.
“Nobel mükafatlı qadınlar”, “Tarixə adını yazan qadınlar”, “Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən” və “Səndən sonra” kitablarının, “Bülbül kimi gül aşiqi” adlı məqalənin müəllifi olmuşdur.
30 sentyabr 2011-ci ildə “İslahatçı Gənclər” İctimai Birliyi Qənirə Paşayevanı “Xəzər” Milli Mükafatı ilə təltif etmişdir.
Qənirə Paşayeva, “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən 2013-cü ildə Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinə verdiyi dəstəyə və bu siyasətin təbliğindəki xidmətlərinə görə Fəxri Diplomla şərəfləndirilmişdir. O, eyni zamanda, Gürcüstanın fəxri vətəndaşı olub.
Sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən millət vəkili 28 sentyabr 2023 tarixdə orada vəfat edib.
Allah rəhmət eləsin.