Dünya bazarında neftin qiyməti qalxır.
Medianews.az xəbər verir ki, dünən 94,80 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 94,36 dollarla başa vurub.
Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 94,36 dollara satılıb.
Dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da tələbin artdığını göstərən məlumatlar və qlobal tədarükün daralması ilə bağlı narahatlıqlar səbəbindən neft qiymətləri yenidən ilin ən yüksək səviyyələrinə qalxıb.
Dünyanın ən böyük neft istehsalçıları Səudiyyə Ərəbistanı və Rusiyanın neft hasilatını ilin sonuna qədər azaltması, qarşıdakı dövrlərdə bazarlarda təklif qıtlığı olacağı gözləntilərini artıraraq, qiymət artımını dəstəkləməyə davam edir.
Dünyanın ən böyük neft idxalçısı olan Çində müsbət iqtisadi göstəricilər ölkədə tələbin artacağına dair gözləntiləri gücləndirərək, qiymətlərin yuxarıya doğru hərəkətini dəstəkləyir. Sabah ölkədə bir həftəlik payız festivalı tətili başlayacaq. Bayramla əlaqədar səyahət edənlərin sayında və yanacağa tələbatda artım olacağı gözlənilir.
Vüqar Məmmədov
Medianews.az