Mustafa Kamal Atatürkün fotosuna reaksiya verdiyi üçün İstanbulda həbs edilən lisey şagirdi üçün “Atatürkün xatirəsini açıq şəkildə təhqir etmək” maddəsi ilə 3 ilə qədər həbs cəzası istənilib.
Medianews.az xəbər verir ki, Anadolu Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə Kiber Cinayətlər Müdirliyinin hazırladığı hesabat da yer alıb.
Məlumatda qeyd olunub ki, 8 iyul 2023-cü il tarixində ictimaiyyətə açıq olan resurslarda həyata keçirilən virtual patrul fəaliyyəti zamanı sosial media platformasında hesabdan yazıya rast gəlinib.
Sözügedən yazıda Üsküdarda lisey şagirdi olan A.E.S.-yə işarə edən, Atatürkün xatirəsini təhqir edən görüntü və yazıların olduğu müəyyən edilib.
Medianews.az