Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat Kursk vilayətinin Kurçatovski rayonunda vurulub.
Medianews.az xəbər verir ki, bu haqda Kursk vilayətinin qubernatoru Roman Starovoit bildirib.
Məlumata görə, PUA Makarovka kəndi yaxınlığında vurulub, itki və dağıntı yoxdur.
Starovoit vurulmuş PUA-ların qalıqlarına toxunmamağı və özünü məhv etmə təhlükəsi səbəbindən onlara yaxınlaşmamağı tövsiyə edib:
“112-yə zəng edərək tapıntınız barədə bizə məlumat verin və mütəxəssisləri gözləyin”.
Medianews.az