Nyu-Yorkda yaşayan 30 yaşlı mexanika mühəndisi Miraç Aydın Kurt evində ölü tapılıb.
Medianews.az xəbər verir ki, Kurtun ölüm səbəbi ilə bağlı araşdırmanın ABŞ rəsmiləri tərəfindən davam etdirildiyi öyrənilib.
Məlumata görə, evində ölü tapılan 30 yaşlı mexanika mühəndisi Miraç Aydın Kurtdan 6 gündür xəbər ala bilməyən ana Hanım Akduman övladının tapılması üçün səlahiyyətlilərdən kömək istəyib. Onun məsələ ilə bağlı prokurorluğa müraciətindən sonra araşdırmalara başlanılıb. Xarici İşlər Nazirliyinin müdaxiləsi ilə məsələ ABŞ-a çatdırılıb. Verilən ünvan məlumatlarına əsasən, ABŞ polisi gəncin kirayədə qaldığı evə gedib və zəngi çalmaqdan heç bir nəticə əldə edə bilməyəndə evə daxil olub.
ABŞ polisi evdə gənc mühəndisin cansız bədəni ilə qarşılaşıb.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
Medianews.az