Öldüyü deyilən Rusiya Qara Dəniz Donanması Komandanı Viktor Sokolov iclasda görüntülənib.
Medianews.az xəbər verir ki, sentyabrın 22-də Ukraynanın Rusiyanın Qara Dəniz Donanmasının Sevastopoldakı qərargahını vurması nəticəsində Sokolovun öldüyü iddia edilib.
Rusiya komandiri müdafiə naziri Şoyqunun iştirak etdiyi toplantıda görüntülənib.
Rusiya Müdafiə Nazirliyi sentyabrın 22-də Sevastopolda Rusiya Qara Dəniz Donanmasına hücumla bağlı açıqlamasında “Kiyev rejimi Sevastopol şəhərinə raket hücumu etdi. Hücum dəf edilərkən, 5 raket hava hücumundan müdafiə sistemləri ilə vuruldu. Hücum nəticəsində Qara dəniz donanmasının tarixi qərargah binasına ziyan dəyib”- deyə qeyd edilib. Hücumdan sonra bir rus əsgərindən xəbər olmadığı bildirilib.
Rusiya 2014-cü ildə Krımı və Sevastopolu Ukraynadan qanunsuz ilhaq edib.
Medianews.az