Venesiyanın San Marko meydanında yerləşən məşhur “Caffè Chioggia” restoranında ofisiantlarla işləyən əcnəbi müştərilər arasında dava düşüb.
Medianews.az xəbər verir ki, başqa bir müştərinin lentə aldığı görüntülər izləyənləri heyrətə salıb.
Venesiyada restoranda baş verən davada 7 ofisiant 4 əcnəbi vətəndaşa hücum edib.
Yerli mətbuatda yer alan xəbərə görə, davanın bəzi ofisiantların qəhvə sifarişini alarkən aqressiv münasibət göstərdikləri üçün baş verdiyi bildirilir. Lakin davanın tam olaraq hansı səbəbdən baş verdiyi ilə bağlı hələlik heç bir açıqlama verilmir.
Hücuma məruz qalan müştərilər stullardan “qalxan” kimi istifadə ediblər. Dava ilə bağlı açıqlama verməyən restoranın sahibinin işçilərinə məsələ ilə bağlı susmağı tapşırdığı da iddia edilib.
Medianews.az