Balıkəsirdə 60 min TL dəyərində iki saat oğurlayan şəxsin hadisə anından görüntüləri ortaya çıxıb.
Medianews.az xəbər verir ki, hadisə ötən gün saat 17.30 radələrində Edremit rayonunda yerləşən ticarət mərkəzində baş verib.
Gümüşçü dükanına gələn şəxs saat almaq istədiyini bildirib.
Qadın satış nümayəndəsi hər iki saatı oğurlayan şübhəlinin arxasınca qaçsa da, onu tuta bilməyib. Şübhəli şəxs ticarət mərkəzinin qapısından çıxaraq gözdən itib.
İşçilərin xəbəri üzrə əraziyə gələn polis şübhəlinin saxlanılması üçün əməliyyata başlayıb.
Medianews.az