Fransanın Niameydəki səfiri Sylvain Itte Nigeri tərk edib.
Medianews.az xəbər verir ki iyulun 26-da Nigerdə hakimiyyəti ələ keçirən hərbi administrasiyanın səfir Sylvain Itte-yə avqustun 25-də ölkəni tərk etməsi üçün 48 saat vaxt verdiyindən təxminən bir ay sonra səfir ölkəni tərk edib.
Fransanın RFI radiosunun xəbərinə görə, səfir İtte səhər saatlarında Nigerin paytaxtı Niameydə Çadın paytaxtı Encemine şəhərinə getmək üçün təyyarəyə minib.
Parisə qayıtmaq üçün Encemine-dən təyyarəyə minəcək İttenin Fransaya daha sonra çatacağı gözlənilir.
Medianews.az