ABŞ Keniya ilə regional təhlükəsizlik, terrorizm və zorakılıqla mübarizə üçün 100 milyon dollarlıq əməkdaşlıq müqaviləsi imzalayıb.
Medianews.az xəbər verir ki, ABŞ müdafiə naziri Lloyd Ostin paytaxt Nayrobidə Keniya prezidenti Uilyam Ruto və müdafiə naziri Aden Bare Duale ilə ikitərəfli görüşlər keçirib.
Görüşlərdən sonra iki ölkə arasında regional sabitlik və terrorla mübarizə mövzusunda 100 milyon dollarlıq əməkdaşlıq müqaviləsi imzalanıb.
Razılaşma ilə ABŞ və Keniya arasında strateji tərəfdaşlıq möhkəmləndi və Əl-Şəbab terror təşkilatına qarşı mübarizədə əməkdaşlıq qərarı verilib.
Medianews.az