Türkiyə Jurnalistlər Cəmiyyətinin (TGC) keçmiş fəxri şura sədrlərindən biri, doyen jurnalist-yazar Hıfzı Topuz 100 yaşında İstanbulda dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, Topuzun ölüm xəbərini onun üzvü olduğu Türkiyə Jurnalistlər Cəmiyyəti paylaşıb.
Mesajda aşağıdakı ifadələr yer alıb:
“Uzun illər jurnalist və yazıçı kimi uğurlu fəaliyyət göstərmiş keçmiş Fəxri Şura sədrimiz, hörmətli Hıfzı Topuzu itirməkdən kədərlənirik. Türkiyə Jurnalistlər Cəmiyyətinə və mətbuat işçilərinin təşkilatlanmasına böyük dəstək verən Hıfzı Topuzu heç vaxt unutmayacağıq. Həmkarımızın ailəsinə və mətbuat ictimaiyyətinə başsağlığı veririk”.
Medianews.az