Bursansanın Nilüfer rayonunda yük maşınına çırpılan avtomobildə olan nişanlı cütlük həyatını itirib.
Medianews.az xəbər verir ki, Yasin Altınkaynakın (27) idarə etdiyi 16 YA 165 nömrə nişanlı avtomobil Bursa-İzmir yolunun Başköy məhəlləsində Y.A.-nın idarə etdiyi 45 ADU 021 nömrəli yük maşınına arxadan çırpılıb.
Çarpmanın gücü ilə avtomobilin yük maşınının altına girdiyi qəzanın ardından hadisə yerinə tibb işçilər və polis əməkdaşları sövq edilib.
Avtomobilin sürücüsü Altınkaynak və onunla birlikdə olan nişanlısı Betül Şalvarcıoğlunun həyatını itirdiyi müəyyən edilib.
Meyitlər xəstəxana morquna göndərilib.
Medianews.az