Nyu Yorkda keçirilən MİKTA Xarici İşlər Nazirləri Toplantısına qatılan Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanın bayraq həssaslığı gündəm olub.
Medianews.az xəbər verir ki, görüşdə jurnalistlərə video nümayiş etdirildikdən sonra Fidan yerdə gördüyü Türkiyə Bayrağı stikerini götürərək mühafizəçisinə verib.
Sözügedən görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra gündəm olub.
Həmin görüntüləri təqdim edirik.
Medianews.az