Qonşusunun evinə baxdığını iddia edən şəxs dava zamanı onu bıçaqlayıb.
Medianews.az xəbər verir ki, hadisə İstanbulun Esenyurt ərazisində yaşanıb.
İddialara görə, kişi yaşadığı evin pəncərəsindən baxıb və küçədə gedərkən qonşusunun onun binasına baxdığını görüb.
Evinə baxdığı üçün narahat olduğunu deyən şəxslə qonşusu arasında mübahisə düşüb. Bir müddət sonra həmin şəxs bıçağı götürərək evdən küçəyə çıxıb və qonşusu ilə dalaşmağa başlayıb.
Həmin şəxsin qohumları da davaya qarışıb. Kişi bıçaqla qonşusuna hücum edib. Bıçaqlanan şəxsin qohumları küçəyə çıxarkən hər iki tərəf sözün əsl mənasında əlbəyaxa olub.
Əraziyə çağırılan polis qrupları qəzəblənən şəxslərə müdaxilə etməkdə çətinlik çəkdi. Yaralı təcili yardımla xəstəxanaya aparılarkən həyatının təhlükəsinin olmadığı öyrənilib.
Medianews.az