Türkiyənin Ərzurum şəhərində qorxunc qətl hadisəsi baş verib.
Medianews.az xəbər verir ki, 29 yaşlı suriyalı Nizar A. mübahisədən sonra sevgilisi, Rusiya əsilli 32 yaşlı Anastasiya Emelianovanın ayağını şüşə parçası ilə kəsib.
Hadisə nəticəsində Emelianova qan itkisindən ölüb. Nizar A. hadisədən sonra nəzarətə götürülüb. Nizar A. məhkəmə tərəfindən həbs edilib.
Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsindən sonra Türkiyəyə gələrək Ərzurumda məskunlaşan Anastasiya Emelianova iş yerində IT mütəxəssisi kimi işə başlayıb. Emelianova təxminən 8 ay əvvəl kafedə barista işləyən Suriya əsilli Nizar A. ilə sosial şəbəkə vasitəsilə tanış olub. İkili daha sonra tez-tez görüşməyə başlayıblar.
Medianews.az