Həyat yoldaşını öldürüb, evlərini yandıran şəxsə ömürlük həbs verilib.
Medianews.az xəbər verir ki, hadisə 2021-ci ilin dekabrında Bursada yaşanıb.
Mübahisə zamanı arvadını bıçaqlayan şəxs, tibb işçilərinin yaralıya müdaxilə etməməsi üçün evi yandırıb.
Polis qrupları tərəfindən nəzarətə alınan Məhəmməd R. həbs edilib. Ailənin 4-14 yaş arası 6 uşağı dövlət himayəsinə götürülüb.
Medianews.az