Rusiya ilə Ukrayna arasında müharibənin başlanmasının 19-cu ayı tamam olduğu bir vaxtda Birləşmiş Millətlər Təşkilatının Ukrayna İstintaq Komissiyası dəhşətli iddiaların yer aldığı hesabat dərc edib.
Medianews.az xəbər verir ki, hesabatda ailələri dinləmək məcburiyyətində qalan rus əsgərlərinin qadınlara təcavüz etdiyi, 4 aylıq körpələrin isə yoxa çıxdığı bildirilir.
Birləşmiş Millətlər Təşkilatının Ukrayna üzrə Təhqiqat Komissiyası Ukraynaya dəlil toplama səfərlərindən sonra hərbi cinayətləri təsdiqləyən hesabat dərc edib. BMT-nin son hesabatında aşağıdakı ifadələr yer alıb:
“Komissiya müəyyən edib ki, Xerson vilayətində rus əsgərləri 19-83 yaş arası qadınlara təcavüz edib və cinsi zorakılıq ediblər, bu cinayətləri çox vaxt hədə və ya digər pozuntularla birlikdə törədiblər. Ailə üzvləri tez-tez bitişik otaqda saxlanılır və buna görə də baş verən pozuntular barədə eşitməyə məcbur olurlar”.
Medianews.az