Drouot Hərrac Evindən verilən yazılı açıqlamaya görə, “kamptozavr” dinozavr skeleti oktyabrın 20-də satılmaq üçün hərraca çıxarılıb.
Medianews.az xəbər verir ki, “Barri” adlı dinozavrın 150 milyon il əvvəl yaşadığı bildirilib.
Skeletin qiymətinin 1,2 milyon avroya qədər çıxa biləcəyi qeyd edilib.
2000-ci illərdə ABŞ-ın Vayominq ştatında aşkar edilən dinozavr skeletinin kəllə sümüyünün dişləri ilə birlikdə 90 faizi bu günə qədər çox yaxşı qorunub saxlanılıb.
Qeyd edək ki, 2 metr uzunluğundakı dinozavrın adını verən paleontoloq Barri Ceyms skeleti bərpa edən ilk şəxs olması ilə tanınır.
Xatırladaq ki, daha əvvəl Drouot Hərrac Evində 2022-ci ildə Zefir adlı 150 milyon illik dinozavrın skeleti təxminən 673 min avroya, 2021-ci ildə isə 66 milyon illik Big John adlı dinozavrın skeleti təxminən 6,6 milyon avroya satılmışdı.