Bir evdə 11 sənədsiz silah və 74 qram marixuana ələ keçirilib, 2 şübhəli saxlanılıb.
Medianews.az xəbər verir ki, hadisə Adananın mərkəzi Seyhan rayonunda yaşanıb.
Seyhan İlçe Təhlükəsizlik Müdirliyi Cinayətlərin qarşısının alınması və İstintaq Bürosu qruplarına Gülbahçesi Məhəlləsindəki bir evdə sənədsiz silah tapıldığı barədə məlumat daxil olub.
İqamətgaha basqın edən qruplar 11 sənədsiz tüfəng, bu tapançalar üçün 20 güllə və 74 qram marixuana ələ keçirib.
Şübhəlilərin polis bölməsində əməliyyatları davam edir.
Medianews.az