İordaniyada toy şənliyi zamanı havaya atəş açan qonaq təsadüfən bəyi sinəsindən vurub.
Medianews.az xəbər verir ki, bəyin güllələndiyini anlamayan qonaq havaya atəş açmağa və rəqs etməyə davam edib.
Polis məmuru olduğu öyrənilən Həmzə Sattam Hamed Əl-Fanatsa ağır xəsarətlərlə xəstəxanaya aparılıb. Burada edilən bütün müdaxilələrə baxmayaraq gənc polisi xilas etmək mümkün olmayıb. Polislər hadisəni törədən şəxsin həbs olounduğunu və silahın müsadirə edildiyini bildirib.
Medianews.az