Ukrayna Rusiya raketlərinin Odessa limanına hücumu nəticəsində taxıl anbarlarının zədələndiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Telegram hesabında edilən paylaşımda bildirilib.
Mətbuat katibi Nataliya Qumenyuk Rusiya tərəfinin hava hücumundan müdafiənin sıxlığını sınaqdan keçirməyə çalışdığını bildirib.
“Onlar başa düşdülər ki, liman infrastrukturu bizim region üçün prioritetdir”, – deyə Qumenyuk bildirib.
Medianews.az