İzmir Ədliyyəsi qarşısındakı restoranda iki qrup arasında silahlı qarşıdurma baş verib.
Medianews.az xəbər verir ki, hadisə zamanı yaralananların olduğu öyrənilib.
Məlumata əsasən, İzmir Ədliyyəsinin C qapısı ilə üzbəüz restoranda baş verən hadisədə iki qrup restoranın içərisində silahla toqquşub.
Yaralanan şəxslərin xəstəxanaya aparıldığı bildirilib.
Medianews.az