Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi deputat Qənirə Paşayevanın səhhəti barədə suallara aydınlıq gətirib.
Medianews.az xəbər verir ki, açıqlamada deyilir:
“Hörmətli millət vəkilimiz Qənirə xanım Paşayevanın səhhəti ilə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq sizin üçün də aydın olsun deyə diqqətinizə çatdırırıq ki, Mərkəzi Klinika özəl tibb müəssisəsidir.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur.
Bu baxımdan hər hansı özəl tibb müəssisəsinin fəaliyyəti, orada müalicə alan xəstə barədə açıqlama, məlumat vermək səlahiyyətimiz yoxdur!
Anlayışınız üçün təşəkkür edir, Qənirə xanıma şəfa diləyirik!”