AzTV-nin müxbiri “Laçın” sərhəd-buraxılış məntəqəsindən reportaj hazırlayıb.
Reportajda sərhəd-buraxılış məntəqəsindən keçməklə Ermənistana gedən erməniəsilli Xankəndi sakinlərinin fikirləri də yer alıb.
Jurnalistin onlara ünvanladığı sualları cavablandıran erməniəsilli vətəndaşlar hər hansı maneənin olmadığını, sərbəst şəkildə keçidin təmin olunduğunu bildiriblər.
Qeyd ediblər ki, onları buradan zorla qovan yoxdur, könüllü şəkildə, öz istəkləri ilə Qarabağ ərazisini tərk edirlər.
Daha ətraflı videomaterialda: