Hakkarinin Yüksekova rayonunda musiqi müəllimi işləyən Ahmet Kotan dərman almaq üçün girdiyi növbətçi aptekin qapısında ürək tutması nəticəsində dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, hadisə ötən gün Yüksekova rayon mərkəzində baş verib.
Rayondakı Şehit Əzizhan Keskin İbtidai və Orta Məktəbində musiqi müəllimi işləyən Ahmet Kotan xəstəliyi səbəbilə Yüksekova Dövlət Xəstəxanasına müraciət edib.
Kotan burada həkimi görüb, sonra dərman almaq üçün şəhərin mərkəzindəki növbətçi aptekə gedib. Bu vaxt orada yıxılaraq həyatını itirib.
Medianews.az