İran əsilli ABŞ vətəndaşı Feramerz Cavidzad saxlandığı Tehranın Evin həbsxanasında dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, İran İnsan Haqları Mühafizəçiləri Agentliyinin (HRANA) verdiyi xəbərdə ürək-damar, mədə və şəkər xəstəliyi olan Cavidzadın xəstəliyinə baxmayaraq həbsxana rəhbərliyi tərəfindən xəstəxanaya gec aparıldığı və bu səbəbdən də dünyasını dəyişdiyi iddia edilib.
Tehran Həbsxanalar Baş Müdirliyindən edilən yazılı açıqlamada səhlənkarlıq iddiası təkzib edilib.
Yəhudi dininə mənsub olan Cavidzad 2022-ci ilin martında ABŞ-dan ölkəsinə gələrkən maliyyə cinayətləri səbəbilə saxlanılıb və 3 aylıq təkadamlıq kameradan sonra Tehrandakı Evin həbsxanasına köçürülüb.
Medianews.az