Azərbaycan vətəndaşlığını qəbul etməyərək Ermənistana köçən ermənilərin sayı barədə növbəti məlumat yayılıb.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir ki, saat 18.00-a olan məlumata görə, Qarabağdan 377 nəfər Ermənistana daxil olub.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyi 5-ə yaxın avtobusdan ibarət karvanın Qarabağdan olan mülki şəxslərlə Ermənistana göndərilməsinin görüntülərini paylaşıb.