“Əl-Hilal”ın ulduzu Neymar ənənəvi Səudiyyə Ərəbistanı paltarı geyinərək rəqs edib.
Medianews.az xəbər verir ki, braziliyalı ulduzun bu halını görən fanatları Neymarı tənqid atəşinə tutublar.
Fransa nəhəngi PSJ-dən “Əl Hilal”a transfer olunan braziliyalı ulduz Neymar Səudiyyə Ərəbistanı mədəniyyəti ilə ayaqlaşmağa çalışarkən fanatları tərəfindən linç edilib. İstedadlı futbolçunun rəqsi böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Neymar “Əl Hilal”dan 2 il ərzində 300 milyon dollar qazanacaq. Bonuslar və reklam müqavilələri ilə bu məbləğin 400 milyon dollara qədər arta bilməsi ehtimalı var.
Medianews.az
Ronaldo’dan sonra şimdi de Neymar! Suudi Arabistan’da yaptığı dans linç edildi…