Tanınmış jurnalist evində ölü tapılıb.
Medianews.az xəbər verir ki, TRT Xəbər Van Bürosunun əməkdaşı Behçet Özen evində ölü tapılıb.
10 ildir TRT Xəbər Van Bürosunda çalışan 42 yaşlı Behçet Özenin işə getmədiyini görən həmkarları evinə gedib.
Nəzarət üçün getdikləri evdə qapının açılmaması nəticəsində həmkarları polis və təcili tibbi yardıma müraciət ediblər.
Evə gələn təcili tibbi yardım Özenin öldüyünü müəyyən edib.
Jurnalistin ölüm səbəbi hələlik məlum deyil.
Medianews.az