İspaniyada qitəmiqyaslı əməliyyat keçirilib. Əməliyyat nəticəsində 197 nəfər həbs edilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, həbs edilənlərin əksəriyyəti avropalıdır. 34 millətdən 33-ü narkotik alveri, fırıldaqçılıq, seksual cinayətlər və zorakılıqda ittiham olunur
İspaniya polisi ilə Avropa Komissiyasının İmmiqrasiya və Daxili İşlər Baş İdarəsi tərəfindən birgə maliyyələşdirilən əməliyyatlarda 114 ev və iş yerində axtarış aparılıb, onlarla odlu silah və bıçaq, 57 nəqliyyat vasitəsi müsadirə edilib.
Genişmiqyaslı əməliyyatda Portuqaliya, Hollandiya, Fransa, Almaniya, İsveç, Danimarka, Norveç, İslandiya, Finlandiya, Litva və Latviya, Estoniya, Bolqarıstan, Rumıniya, Polşa, Serbiya və Sloveniyanın polis idarələri də iştirak edib.
Həbs olunanlar arasında 197 nəfər Albaniya, Almaniya, Əlcəzair, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Kolumbiya, Danimarka, Slovakiya, İspaniya, Estoniya, Finlandiya, Fransa, İran, İrlandiya, İtaliya, Latviya, Litva, Mərakeş, Nigeriya, Hollandiya, Polşa, İngiltərə, Rumıniya, Rusiya, Serbiya, Somali, İsveç, İsveçrə, Ukrayna, Livan, Uruqvay və Venesuela vətəndaşlarıdır.