Ukrayna hərbçiləri Qara dəniz donanmasının Sevastopoldakı qərargahına hücum edib.
Medianews.az xəbər verir ki, bu barədə Rent TV məlumat verib.
“Düşmənlər donanmanın qərargahına raket zərbəsi endiriblər. Lunaçarski Teatrının yaxınlığında bir raket düşüb. Əgər belə elementlər tapsanız, lütfən, yaxınlaşıb 112-yə zəng edin. Xahiş edirəm sakit olun. Foto və videoları yerləşdirməyin”, – deyə şəhər rəhbəri əlavə edib.
Hadisə yerinə bütün təcili yardım gəlib, zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.
Medianews.az