Hindistanda 2029-cu ildən etibarən parlamentdəki yerlərin 33 faizinin qadınlara ayrılmasını nəzərdə tutan qanun layihəsi parlament tərəfindən qəbul edilib.
Medianews.az xəbər verir ki, Maliyyə naziri Nirmala Sitharaman çıxışında qadınların bərabər şəkildə təmsil olunmasına yönəlmiş hüquqi tənzimləmənin 2029-cu ildə keçiriləcək seçkilərdə qüvvəyə minəcəyini açıqlayıb.
2029-cu ilə kimi parlamentin aşağı palatasında və ştat məclislərində yerlərin 33 faizinin qadınlara ayrılması ilə bağlı hüquqi tənzimləmə parlamentin hər iki palatası tərəfindən təsdiqlənib.
Tənzimləmə müxalifətin də dəstəyini alsa da, çox gec olduğu və qadınlara qarşı ədalətsiz olacağı üçün 2029-cu ildə həyata keçiriləcəyini iddia edərək, 2024-cü ilin mayında keçiriləcək ümumi seçkilərdə tətbiq edilməsi çağırışı var.
Medianews.az