“Ermənistanda Qarabağ sakinləri üçün 40 min yer hazırlanıb”
Medianews.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Qarabağ sakinlərinin Ermənistana köçürülməsi onların öz evlərində yaşaması mümkün olmadıqda baş verə bilər. Bu məqsədlə Ermənistanda 40 min yer hazırlanıb. Dağlıq Qarabağdan Ermənistana soydaşlarımızın mümkün köçürülməsi ilə bağlı mövqeyimiz belədir. Vəziyyət düzəlməsə, o zaman bu problem bizim gündəmimizdə olacaq”, – Paşinyan bildirib.
O, həmçinin qeyd edib ki, ermənilərin Dağlıq Qarabağdan köçməsi Ermənistan hökuməti üçün A planı deyil, əksinə, hər şey edilməlidir ki, onlar öz evlərində qorxusuz və təhlükəsiz yaşaya bilsinlər.
Medianews.az