“Böyük ehtimalla gələcək”.
Medianews.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasına səfəri zamanı jurnalistlərə açıqlama verib.
Nyu-Yorkda sıx diplomatik gediş-gəlişlə bağlı jurnalistlərə məlumat verən Ərdoğan Elon Musk ilə görüşünün təfərrüatlarını paylaşıb.
“Biz Maskla Tesla-nın Türkiyəyə sərmayə qoyması və kosmos tədqiqatlarında birgə addımlar atması məsələlərini müzakirə etdik. Ümid edirəm ki, dostlarımızla işləyəcəklər. Onu İzmir TEKNOFEST-ə dəvət etdim. Çox güman ki, İzmir TEKNOFEST-ə gələcək. Onun yanında baş meneceri vardı. Ona da göstərişlər verdi. Ümid edirəm ki, gəlsə İzmirə, gənclərimizi çox cəlb edəcək bir İzmir TEKNOFEST olacaq.”
Medianews.az