ABŞ-ın keçmiş prezidenti Donald Trampın oğlu kiçik Donald Trampın “X” hesabı sındırılıb.
Medianews.az xəbər verir ki, hakerin göndərdiyi mesajda “Atam vəfat edib, seçkilərdə namizədəm” yazılıb.
10 milyon izləyicisi olan səhifədə paylaşımlar bir saat qalıb.
“Atam Donald Trampın vəfat etdiyini təəssüflə elan edirəm. 2024-cü ildə prezidentliyə namizəd olacağam”.
Trampın sözçüsü Endryu Surabian X-də Donun hesabının sındırıldığını və yazının həqiqətə uyğun olmadığını yazıb.
Medianews.az