Yaponiyanın ən qədim və ən böyük şirkətlərindən biri olan Toshiba, bir qrup investorun səhmlərinin əksəriyyətini satın alması ilə 74 illik birja tarixinə son qoymağa hazırlaşır.
Medianews.az xəbər verir ki, şirkət, xüsusi kapital firması Japan Industrial Partners (JIP) tərəfindən idarə olunan konsorsiumun səhmlərinin 78,65 faizini satın aldığını açıqlayıb.
Müqaviləyə əsasən, onun səhmləri bu ilin sonunda birjadan delistinq oluna bilər.
Toshiba-nın sədri və baş icraçı direktoru Taro Şimada verdiyi açıqlamada şirkətin “indi yeni səhmdarla yeni gələcəyə doğru böyük bir addım atacağını” söyləyib.
Şirkətin əsası saatlar və mexaniki kuklalar istehsalçısı kimi 1875-ci ilə gedib çıxır.
Toshiba-nın səhmləri 1949-cu ilin may ayında Tokio Fond Birjasının yenidən açılması ilə ticarətə başlayıb. Çünki o zaman Yaponiya İkinci Dünya Müharibəsinin dağıntılarından xilas olub.
Qeyd edək ki , adıçəkilən firma müharibəsindən sonrakı onilliklərdə ölkənin iqtisadiyyatının bərpası və inkişafında mühüm rol oynayıb.
Yüksək texnologiya bu sənayenin simvoluna çevrilib.
Medianews.az